Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Əli Abbasov: Azərbaycan internet istifadəçiləri və mobil abunəçilərin sayına görə dünya göstəricisini qabaqlayır

Azərbaycan internet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır. Bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur.

Trend xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilən “Azərbaycan müasir dünyada” mövzusundakı konfransın materialları arasında yer alan “Heydər Əliyevin İKT siyasəti – uğurlu inkişaf modeli” adlı məqaləsində deyilir.

Nazir qeyd edib ki, Azərbaycanda internetə bütün müasir vasitələrlə çıxış imkanları yaradılıb: “İndi əhalinin 73%-i internet, 55%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 110-a çatıb”.

Onun sözlərinə görə, Azərbaycanda İKT sektoru hazırda aparıcı iqtisadiyyat sahəsi kimi inkişaf edir, eyni zamanda, digər sosial-iqtisadi sahələrin inkişafında və ümumilikdə cəmiyyətin həyatında fəal rol oynayır: “Son 10 il ərzində ölkədə İKT sektorunun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötüb. Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları qoyuluşu həyata keçirilib və bunun da 80%-ə yaxını yerli və xarici strukturları tərəfindən yatırılıb. Cəmiyyətdə İKT-dən istifadəyə şəraitin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər görülüb”.

Ə.Abbasov bildirib ki, Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır: “Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, bütün yaşayış məntəqələri telefonlaşdırılıb və bölgə mərkəzləri fiber-optik şəbəkə ilə birləşdirilib. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. Сənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanıb və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]