Sorğu

Loading ... Loading ...

Təqvim

April 2018
M T W T F S S
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

�ABŞERON QƏSƏBƏLƏRİNDƏ SAHİBKARLIĞIN İNKİŞAF İMKANLARININ QİYMƏTLƏNDİRİLMƏSİ�

Abşeron rayonunda sahibkarlığın inkişaf vəziyyətinin qiymətləndirilməsi üçün ilk öncə bu sahədə mövcud vəziyyətin araşdırılması xüsusi əhəmiyyət daşıyır. Abşeron qəsəbəsində sahibkarlığın inkişafı ilə bağlı məsələləri təhlil edərkən biz rəsmi statistik məlumatları əldə etməyə çalışmışıq. Bu baxımdan diqqəti cəlb edən məlumat mənbələrdən biri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2009-cu ilin oktyabr ayında nəşr etdiyi �Bakı şəhərinin Qəsəbələrinin sosial-iqtisadi inkişafı� adlı toplusudur. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən təqdim edilmiş məlumatlar əsasında hazırlanan topluda maraqlı statistik göstəricilər gözə çarpır. Belə ki, qəsəbələrdəki demoqrafik və sosial vəziyyət əsasən 2009-cu ilin əvvəlini əhatə edirsə, istehsal sahələrinə aid olan məlumatlar 2006-2007-ci illər ərazində görüləsi işlər planı kimi verilmişdir. Məsələn, hər hansı bir qəsəbədə görüləcək �Tədbirin yerinə yetirilmə müddəti� bölməsində �2006-2007-ci illər ərzində� qeyd edildiyi halda �Tədbirin yerinə yetirilməsinin vəziyyəti� hissəsində �…… müvafiq qaydada baxılacaqdır� ifadəsi ilə tamamlanır. Təbii ki, bu da obyektin istismara verilməsinin nə vəziyyətdə olduğunu əks etdirmir.
Azərbaycanda özəl bölmənin inkişafında və sahibkarlığa dövlət maliyyə dəstəyinin gücləndirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu yaradılmışdır. Fondun fəaliyyətində əsas məqsəd Azərbaycan Respublikasında sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına köməklik etmək və onlara maliyyə dəstəyi verməkdir. Fondun saytında göstərilən məlumatlara əsasən müəyyən olmuşdur ki, 2008-ci ildə sahibkarlar üçün ümumi investisiya tələbatı 260,4 mln. manat olduğu halda Dövlət büdcəsindən sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fonduna 74.0 milyon manat vəsait ayrılmışdır, yəni 3,5 dəfə az həcmdə vəsait. 2009-cu ildə Fond tərəfindən məqbul hesab edilən investisiya layihələrində Abşeron rayonunun (Bakı şəhəri istisna olmaqla) xüsusi çəkisi cəmi 16,4% təşkil etmişdir. Fond tərəfindən ayrılan vəsaitlərin sahələr və kredit növləri üzrə quruluşu həmçinin təəccüb doğurur. Respublikanın qeyri-neft sektorunda əsas hesab olunan kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi üçün ayrılan kreditin xüsusi çəkisi cəmi 17,4% olmuşdur. Müqayisəyə görə, xidmət sahələrində bu göstərici 36,9% olmuşdur, yəni bu sahəyə kənd təsərrüfatından 2 dəfədən çox həcmdə vəsait ayrılmışdır.
Vəsaitlərin nataraz şəkildə bölünməsi kredit növləri üzrə paylanmasında da öz əksini tapmışdır. Belə ki, ümumi kredit vəsaitlərin 91,5%-i iri və böyük həcmli kreditlərin payına düşdüyü halda, mikro və orta həcmli kreditlər xüsusi çəkisi cəmi 1,6% olmuşdur. Ancaq, yuxarıda qeyd etdiyimiz kimi, Fondun əsasnaməsinə uyğun olaraq məhz kiçik və orta sahibkarlığa maliyyə dəstəyi onun fəaliyyətinin əsas məqsədi hesab olunur. Fikrimizcə bu kimi səbəblər kiçik və orta sahibkarlığın inkişafında mövcud problemləri yaradır.
Azərbaycanda Regional İnkişaf Mərkəzi AVCİYA-nin dəstəyi ilə aprel-may aylarında Abşeron rayonunun 10 qəsəbəsində (Mərdəkan, Hovsan, Novxanı, Maştağa, Fatmayı, Qala, Bilgəh, Şağan, Pirşağı və Şüvələn) əhali arasında sahibkarlığın vəziyyəti ilə bağlı sosioloji ekspress-sorğu keçirmişdir. Sorğuda 500 respondent iştirak etmişdir. Təsadüfi seçim əsasında respondentlər müxtəlif yaş-cins və sosial qruplarından ibarət idi. Bununla yanaşı, sorğuda iştirak edənlərin yarıdan çoxu sahibkarlıq sahəsində çalışanlar olmuşdur.
Sosioloji sorğunun nəticələrinə əsasən aşağıdakıları qeyd etmək məqsədəuyğun olar:
Qəsəbələrdə sahibkarlığın inkişaf üçün kifayət qədər problemlər mövcuddur. Bunlardan ən başlıcaları � korrupsiya, məmurların təzyiqləri, inhisarçılıq və sahibkarlığın inkişafı üçün lazımi şəraitin olmamasıdır. Bunun nəticəsində Abşeron qəsəbələrində yaxın gələcəkdə orta və kiçik sahibkarlığın inkişafındakı problemlərin daha da kəskinləşməsini gözləmək olar.
Ölkəmizdə aparılan islahatların əks sədası Abşeron qəsəbələrində, demək olar ki, çox cüzi dərəcədə hiss olunur və bu səbəbdən yerli sakinlər özlərinin yaşayış rifahının dəyişməsini pozitiv dəyərləndirmirlər.
Nəzərə alsaq ki, Abşeron qəsəbələrində sakinlər uzun illər ərzində əsasən aqrar bölmədə orta və kiçik sahibkarlıq sahəsində çalışdıqları üçün, buradakı vəziyyət bütövlükdə ictimai narazılıqların yaranmasına zəmin yarada bilər.
Azərbaycanda Regional İnkişaf Mərkəzi tərəfindən aparılmış təhlil göstərmişdir ki:
2010-cu ilin birinci rübünün sonuna görə ÜDM-in artımının ən aşağı səviyyəsi məhz kənd təsərrüfatında olmuşdur. Bütövlükdə qeyri neft sektorunda artım 4,3% olduğu halda kənd təsərrüfatında bu göstərici 1,5% olmuşdur. Belə vəziyyət bir daha onu göstərir ki, kənd təsərrüfatında fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafına ölkənin müvafiq qurumları tərəfindən diqqət daha da artırılmalıdır.
Abşeron qəsəbələrinin inkişafında və bu istiqamətdə başlıca olaraq kiçik və orta sahibkarlara dəstək edilməsində əsas diqqət aqrar sektorda fəaliyyət göstərən sahibkarlara yönəlməlidir. Bu istiqamətdə aparılan işlər bir tərəfdən ölkədə ərzaq təhlükəsizliyi siyasəti çərçivəsində mövcud problemlərin həllinə köməklik edəcək digər tərəfdən qəsəbə sakinlərinin uzun illərlə toplanmış əmək vərdişləri (bağçılıq, bostançılıq və s.) daha səmərəli istifadəsinə imkan yaradacaqdır.
Ölkənin iqtisadi inkişafının təhlili aparıldıqda makroiqtisadi uğurlarla yanaşı diqqəti regionların iqtisadi inkişafına və xüsusən istehsal sahələrinin fəaliyyətinə yönəldilməsi vacibdir.

Slayd Əlavədədir

Azərbaycanda Regional İnkişaf Mərkəzinin
rəhbəri, prof. Çingiz İsmayılov

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com