Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Azərbaycanda Regional İnkişaf Mərkəzi Qeyri Hökumət Təşkilatı

Bizim təşkilat Azərbaycanda Regional İnkişaf Mərkəzi adı altında Azərbaycanın ərazisində 2004-cü ildən fəaliyyət göstərir.
Bizim məqsədimiz  Azərbaycan rayonlarının sosial-iqtisadi inkişafının ilkin şərtlərini meydana çıxartmaq və qiymətləndirmək, həmçinin təsərrüfatın inkişafını yerli səviyyədə stimullaşdırmaq üçün proqramlar hazırlamaqdır.
Təşkilatımızın əsas məsələləri:
respublika regionlarının təbii-ehtiyat potensialı haqda bilgi bazasının hazırlanması və onların periodik yeniləşdirilməsi;
bilavasitə yerlərdə sosioloji sorğu-sual əsasında respublikanın regionlarında əhali məşğulluğunun real qiymətləndirilməsi;
respublikanın sosial-iqtisadi inkişafı prosesi zamanı təsərrüfat və insan potensialının cəlb etmə dərəcəsi üzrə respublikanın regionlarının diversifikasiyası;
hər inzibati rayon üzrə bu vaxta qədər tələb olunmamış formada qalan təsərrüfatın inkişafı üçün birincilik istiqamətinin müəyyən edilməsi;
regionlarda iqtisadiyyatının inkişafını stimullaşdıran qanunverici aktların təkmilləşdirilməsi üzrə tövsiyələr;
regional iqtisadiyyat biliklərinin təbliğatı işi üzrə yerli əhali üçün (əsasən Gənclər üçün) regional seminar, treninq-kurslar və yay məktəblərinin periodik təşkili və keçirilməsi;
regional səviyyədə Mərkəz nümayəndəliklərinin yaradılması;
istehsal sahəsində rəqabət inkişafı şəraitinin analizi;
respublikanın periferik rayonlarının inkişafının stimullaşdırması üzrə pilot layihələrinin həyata keçirilməsi;
Azərbaycanın bəzi regionlarının tədqiqi və qiymətləndirilməsini nəzərə alan bir neçə layihə, donor təşkilatlarının baxılmasına hazırlanıb və demək olar ki, artıq hazırdır.
Hal hazırda bizim təşkilatın qarşıya qoyduğu ən əsas vəzifələrdən biri dünyanın bir sıra ölkələrində QHT-lərin effektiv işləməsi üçün şərait yaradan beynəlxalq şirkətlərlə əlaqə yaratmaqdır.
Fond Azərbaycan Respublikasının əsas Qanunu olan  Konstitusiyanın Qeyri hökumət təşkilatları, cəmiyyət birlikləri və fondları haqda qanuna və digər qanunverici aktlara, fondun Nizamnaməsinə əsaslanır.
Bizim təşkilatın respublikanın iri rayonlarında nümayəndəlikləri var. Təşkilatımızın işçi qrupuna iqtisadiyyat, sosiologiya, ekologiya və politologiya üzrə mütəxəssislər cəlb olunub. Bundan əlavə həyata keçirtdiyimiz layihələrdə bir sıra institutların tələbələri könüllü qismində iştirak edirlər.
Ümid edirik ki, təşkilatımızın fəaliyyəti Azərbaycanın iqtisadi gücünün inkişafına və möhkəmlənməsinə, sahə ixtisaslaşmasının diversifikasiyasına, və, əlbəttə ki, vətəndaş cəmiyyətinin yaradılmasına yardım edəcəkdir.
Təşkilatımızın fəaliyyəti dövründə bir sıra layihələr uğurla həyata keçirilib.
Layihələr, əsasən, Xəzərsahili zonaların idarə olunması, Milli Məclisə millət vəkillərinin seçilməsində elektoratın siyasi fəaliyyətinin qiymətləndirilməsinin monitorinqi, prezident və parlament seçkiləri ərəfəsində Exit-Poll-un keçirilmişi, respublikada ilk dəfə olaraq seçkilərin coğrafi xəritəsinin tərtib olunmasına həsr olunub.
Bununla yanaşı, bir sıra iş adamlarının müraciəti ilə respublikanın regionlarında fəaliyyət göstərən biznes təşkilatlarının iqtisadi durumunu qiymətləndirmək zəminində mütəmadi olaraq sifarişlər qəbul olunur.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com