Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

�Bələdiyyələrin 10 illik fəaliyyəti: yaranması və inkişaf problemləri�

Press reliz

Azərbaycanda yerlərdə həyata keçirilən regional inkişaf siyasətində bələdiyyələrin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bələdiyyələr sistemi respublikamızda ərazi idarəetmədə yeni institut olmasına baxmayaraq, qəbul olunmuş qanunlar onlara yerli səviyyədə müxtəlif sosial-iqtisadi məsələlərin həlli üçün kifayət qədər səlahiyyətlər vermişdir. Belə vəziyyətdə təbii ki, bələdiyyələrin fəaliyyətinin nə dərəcədə uğurlu olmasını qiymətləndirmək xüsusi maraq doğurur. Bu baxımdan respublikada bələdiyyələrin 10 illik fəaliyyətinin təhlilində əhali tərəfindən onların işinin nə dərəcədə dəyərləndirilməsini nəzərə almaq vacibdir.
Azərbaycanda Regional İnkişaf Mərkəzi qeyd olunmuş məsələ ilə bağlı respublikanın üç rayonunda (Abşeron, Quba və Tərtər) sosioloji sorğu aparmışdır. Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti bələdiyyələrin işindən narazı olduqlarını bildirmişdir. Maraqlısı odur ki, ilk illərdə bələdiyyələrin fəaliyyətində mövcud olan qüsurlar hələ də tam aradan qaldırılmamışdır. Bununla yanaşı təqdirə layiqli haldır ki, 2009-cu ildən başlayaraq bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satışa çıxarılır. Lakin burada da kifayət qədər çatışmamazlıqlar vardır (hərracların keçirilməsi, hərrac komissiyasının üzvlərinin seçimi və s).
Bələdiyyələrin fəaliyyəti ilə apardığımız araşdırma işləri onu göstərir ki, onların iş fəaliyyətinin təkmilləşdirilməsi üçün əsasən üç məsələnin həlli tələb olunur.
1. Bələdiyyələrin səmərəli fəaliyyəti üçün müstəqil maliyyə mənbələrinin formalaşması və real şəkildə yerli icma qarşısında maliyyə hesabatının təqdim olunması. Eyni zamanda bələdiyyələr üçün Bircə kapital fondunun yaradılması məqsədəuyğun olardı.
2. Bələdiyyələrdə çalışan mütəxəssislər yerli idarəetmə haqda peşəkar bilik sahibi olmalıdırlar. Apardığımız araşdırmalar onu göstərir ki, bu sahədə çalışanların əksəriyyəti lazımi ixtisasa malik deyillər. Onu da qeyd etmək lazımdır ki, bu sahədə mütəxəssislər respublikanın bir neçə ali təhsil ocaqlarında hazırlanır (BDU, Prezident yanında İdarəetmə Akademiyası).
3. Bələdiyyələrin müstəqil fəaliyyətinin təmin edilməsi. Onların fəaliyyəti üçün lazımi normativ hüquqi əsasların olmasında baxmayaraq, reallıqda bələdiyyələr hələ də rayon İcra Hakimiyyəti nümayəndəliyin sanki bir bölməsi kimi işlərini qururlar.
Fikrimizcə, indiki mərhələdə yuxarıda qeyd olunan məsələlərdə irəliləyiş baş versə bələdiyyələrin işində dönüş müşahidə olunacaq və onların növbəti 10 illik yubileyində biz artıq özlərini həqiqətən təsdiq etmiş və yerli icmalar qarşısında nüfuz qazanmış bələdiyyələr haqda danışa bilərik.

Azərbaycanda Regional İnkişaf Mərkəzi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com