1-15 avqust tarixində ölkədəki siyasi vəziyyətin monitorinqi � təhlil

Avqust ayının 1-dən 15-nə kimi Azərbaycan Respublikasının həm siyasi, həm də iqtisadi həyatında kifayət qədər dəyişikliklər baş vermişdir.
Siyasi sahədə prezidentliyə namizədlərin seçki marafonunun başlanması artıq hiss olunur. Artıq bir neçə partiyanın rəsmi olaraq öz namizədlərini Mərkəzi Seçki Komissiyasına təqdim etmişlər. Daha dəqiq desək: Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin, Azərbaycan Ümid Partiyası tərəfindən cənab İqbal Fehruz oğlu Ağa-zadənin namizədliyi irəli sürülmüşdür. Özü tərəfindən irəli sürülmüş namizədlər: Yaşar Rəhim oğlu Əhmədovun, Vüqar Sabir oğlu Seyidovun, Əlimuxtar Dadaş oğlu Əkbərovun və Sevinc Məhərrəm qızı Quliyevanın Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişlər.
Ölkədə keçiriləcək seçkilərin Şəffaflığını təmin etmək məqsədilə bir neçə Koalisiya yaradılmışdır. Bunlara �Azad, Şəffaf, Ədalətli Seçkilər�, �Mənim Səsim� və �Seçki 2008� koalisiyalarını göstərmək olar.
�Azad, Şəffaf, Ədalətli Seçkilər� Koalisiyasına �Vətəndaş Cəmiyyəti Uğrunda� Müstəqil Məsləhət və Yardım Mərkəzi, �İntellekt� Araşdırmalar Mərkəzi, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi, Azərbaycanda Regional İnkişaf Mərkəzi və Demokratik Seçki Mərkəzi;
�Mənim səsim� Seçki Koalisiyasına 10 QHT daxildir;
�Seçki 2008� Koalisiyasına �İnam� Plüralizm Mərkəzi, �Multimedia� İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi daxildir.
Belə koalisiyaların yaradılması çox vacib əhəmiyyət daşıyır. Çünki bu koalisiyalara QHT-rin daxil alması ilə ümid etmək olar ki, prezident seçkilərinin nəticəsinə görə onlar seçkilərin nəticələri haqqında qərəzsiz çıxışlar edərək ictimaiyyətdə iqtidara inamın artımına gətirib çıxaracaqdır.

Ç.İsmayılov
Z.İmrani

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com