2004-2008-ci illərdə Dövlət Proqramının yekunu

2004-2008-ci illərdə �Regionların sosial-iqtisadi inkişafına dair� Dövlət Proqramının sona çatması ilə bağlı və yerlərdə bu proqramın əhali tərəfindən necə qiymətləndirilməsini müəyyən etmək üçün aparılmış sosioloji sorğunun nəticələri
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. Müstəqilliyimizin ilk illərində respublikamızın düşdüyü iqtisadi böhran sənaye məhsulları istehsalının azalmasında, əhalinin məşğulluğunda və ona göstərilən xidmət səviyyəsinin aşağı düşməsində özünü göstərmişdir.
Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Azərbaycan Respublikası regionlarının inkişafında müşahidə olunan vəziyyət mövcud potensialdan səmərəli istifadə etməklə regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsini və onlar arasında fərqin minimuma çatdırılmasını tələb edir.
Son illər ölkədə aparılan iqtisadi islahatlar və neft strategiyasının uğurlu nəticələri respublikanın makroiqtisadi vəziyyətinin xeyli yaxşılaşmasına təsir etmişdir. Belə pozitiv dəyişikliklər Dövlət Proqramlarının həyata keçirilməsində öz əksini tapmışdır. Bu baxımdan 2004-2008-ci illərdə �Regionların sosial-iqtisadi inkişafı� Dövlət Proqramı mühüm rol oynamışdır.
İqtisadi inkişaf təbii ki, əhalinin ümumi yaşayış rifahının yaxşılaşmasına təsir etmişdir. Fikrimizcə belə inkişafın vətəndaşlarımızın ümidlərinin nə dərəcədə doğrultmasını müəyyən etmək çox maraqlı olardı. Məhz bu məqsədlə �Azərbaycanda Regional İnkişaf Mərkəzi� və AVCİYA respublikanın müxtəlif bölgələrində yerli əhali arasında müvafiq sosioloji sorğu aparmışdır. Sorğuda 1500-ə yaxın insan iştirak etmişdir. Sosioloji sorğu 2004-2008-ci illərdə, �Regionların sosial-iqtisadi inkişafı� Dövlət Proqramının tamamlanması ərəfəsində (dekabr 2008-ci il – yanvar 2009-cu il) keçirilmişdir.
Apardığımız sosioloji sorğunun nəticələri göstərir ki, iqtisadi və sosial sahələrdə əldə edilmiş uğurlar göz qabağında olmaqla yanaşı rayonlarda əhali bu uğurları bir mənalı qəbul etmir. Bu baxımdan sosioloji sorğuda qoyulmuş sualların cavablarının regionlar üzrə müqayisə edilməsi fikrimizcə maraq doğura bilər. Məsələn, rayon sakinlərinin 1-ci sual ilə bağlı cavablarında respondentlərin təxminən 1/3 özlərinin yaşayış rifahının yaxşılaşmasını qeyd etmişdilər.
Sualların cavabları əhalidə yaranmış narazılığı yerli idarəetmə orqanlarının və xüsusən İcra Hakimiyyətlərinin və Bələdiyyələrin fəaliyyəti ilə bağlayırlar.
İcra Hakimiyyəti orqanlarının fəaliyyəti olduqca aşağı səviyyədə olması ilə bağlı Şəki-Zaqatala rayonunda olan respondentlərin 88%, Dağlıq Şirvan � 79%, Abşeron � 77%, Quba-Xaçmaz � 76% göstərmişlər.
Rayonlarda baş verən dəyişikliklər təbii ki ilk öncə torpaqla məşğul olan kənd sakinlərinin fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdən apardığımız sorğuda �torpaqların becərilməsi üçün kənd sakinlərinə edilən dəstək� haqqında sual qoyulmuşdur. Bununla bağlı respondentlərin cavablarının 50%-dən çoxu mənfi olmuşdur. Məsələn, Dağlıq Şirvanda bu göstərici 67%, Aran rayonunda � 58%, Abşeron və Quba-Xaçmaz rayonlarında � 55% təşkil etmişdir.
Regionların sosial-iqtisadi inkişafında ən vacib məsələlərdən biri yeni iş yerlərinin açılması məsələsidir. Bu baxımından fərəhli haldır ki, yerlərdə bu sahədə tədricən baş verən irəliləyiş əhali tərəfindən lazımı səviyyədə qiymətləndirilir. Yalnız iki rayonda (Şəki-Zaqatala və Quba-Xaçmaz) respondentlərinin 66-67%-i bu sahədəki dəyişiklikləri aşağı səviyyədə olduğunu göstərirlər.
Sosial sahədə ən ağır və həm də həllini tapmamış məsələlərdən biri korrupsiya problemidir. Bu sahədə aparılan işlərin səmərəliyi haqda respondentlərin fikirləri əsasən qənaətbəxş deyildir. Korrupsiya ilə aparılan mübarizəni bu müddət ərzində respondentlərin 60-78% uğursuz qiymətləndirmişlər. Maraqlısı odur ki, məhz respondentlər tərəfindən bu sahədə vəziyyətin daha da ağırlaşması haqda fikirləri sualda bələ cavabın qoyulmasını bizi vadar etmişdir. Regionlarda korrupsiyanın daha da artmasını respondentləri təxminən 1/5 göstərmişdir.
Sosioloji sorğunun son sualı rayonlarda hələ də tam həllini tapmamış təxirəsalınmaz problemlərin əhəmiyyətinə görə ardıcıllıqla göstərilməsinə həsr olunmuşdur. Sualda qoyulmuş 7 əsas problemlərdən böyük əksəriyyəti əhalini narahat edən 3 əsas problemin ən vacib olduğunu və regionun inkişafında əsas maneçilik etdiyi amillər kimi göstərilmişdir. İşsizlik, korrupsiya və icra hakimiyyət orqanlarının fəaliyyətinin aşağı səviyyədə olması. Bu da respublika rəhbərliyi tərəfindən aparılan iqtisadi və sosial yönümlü islahatların həyata keçirilməsinə əngəl yaradır.

Azərbaycanda Regional İnkişaf Mərkəzinin

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com