2008-ci ildə Azərbaycana idxal olunan spirtin həcmi 14% artmışdır

2008-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dəyəri 1344,4 min dollar olan 1346068,2 litr spirt idxal olunmuşdur.
Bundan əlavə, ölkəyə dəyəri 240,5 min dollar olan 10032676,1 litr spirtli içkilər gətirilmişdir.
Bu haqda APA informasiya agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat vermişlər.
Onu da qeyd edək ki, 2007-ci ildə Azərbaycana 13538568 litr spirtli içki və 1438285,4 l spirt idxal olunmuşdur.

APA

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com