“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsinin icrasına başlamışdır

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsinin icrasına başlamışdır
“Söz Azadlığını Müdafiə Fondu (SAMF)” “Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”nın maliyyə dəstəyi ilə 01.09.2015-ci il tarixindən etibarən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının region gəncləri arasında təbliği” layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əsas vəzifələrini gənclərə aşılamaq, Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, Region gənclərinin müxtəlif sahələrdə bilik və bacarıqlarını artırmaq, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq dövlət və yerli özünüidarəetmə orqanlarının işində gənclərin fəal iştirakını təmin etmək, xüsusi qayğıya ehtiyacı olan gənclərin ehtiyaclarını ödəməkdən ibarətdir. Layihədən Regionlarda yaşayan dövlət və yerli özünüidarəetmə orqanlarında çalışan gənclər, dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan gənclər, gənc sahibkarlar, işsiz gənclər faydalanacaqlar.
Qeyd edək ki, layihə 3 ay davam edəcək. Layihənin Şamaxı, Şirvan, Cəlilabad, Quba və Tərtər rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com