Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Abşeron yarımadasında Pirallahı rayonu yaradılacaq

Abşeron yarımadasında yeni rayon yaradılacaq.
SalamNews xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
�Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi� barədə qanun layihəsi müzakirəyə çıxarılıb və layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib. O bildirib ki, qanunda olan dəyişikliyə əsasən, Bakının ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub. Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb.
Bundan əlavə, iclasda �Gəncə şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi� barədə qanun layihəsi müzakirə olunub. Qanuna edilən dəyişikliyə görə, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının ərazisindən müvafiq ərazi ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə əlavə edilir.
A.Rəhimzadə deyib ki, Gəncə ərazisi 2694 hektar genişləndirilərək 12,5 min hektar təşkil edəcək: �Torpaqların böyük sahəsi dövlət, bir hissəsi isə bələdiyyə torpaqlarıdır. Bu dəyişiklik Gəncə şəhərinin inkişafı üçün mühüm rol oynayacaq�.
Hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

SalamNews

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com