Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

ABŞ Azərbaycanda ticarət missiyası təşkil edir

Amerika-Azərbaycan Ticarət Palatası (USAAC) və ABŞ Ticarət Xidməti Azərbaycanda Amerika Ticarət Missiyasının təşkil edilməsinə başlayıb. Trend xəbər verir ki, bu barədə USAAC-ın yaydığı məlumatda deyilir.

Missiya bu ilin 18-20 noyabrda baş tutacaq.

Məlumatda bildirilir ki, missiya Azərbaycanın sürətli artımına və imkanlarına cavabdır: “Missiya Amerika şirkətlərinə Azərbaycan bazarını araşdırmaq, gəlirlərin artırılma və maneələrin dəf edilmə yollarını öyrənmək, regionun aparıcı sənaye ekspertləri, vəzifəli şəxslər və qlobal şirkətlərlə əlaqələr qurmaq, perspektivli tərəfdaşlar, müştərilər, agentlər və distribütorları müəyyənləşdirmək imkanı verir”.

Missiya Amerika şirkətləri, investorları, kənd təsərrüfatı, bank və maliyyə xidmətləri, kimya və neft-kimya, təhsil, energetika, qida və sənaye, səhiyyə, telekommunikasiya və IT, infrastrukturlar və tikinti, yüngül sənaye, maşınqayırma, əczaçılıq, nəqliyyat və loqistika, turizm sahəsinin mütəxəssisləri üçün açıqdır.

İştirak etmək üçün ərizələr oktyabrın 30-dək qəbul edilir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]