Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

“ABŞ dollarının məzənnəsinin artması Türkiyədə enerji layihələrinə təsir etmir “

ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsinin artması Türkiyədə reallaşdırılan enerji layihələrinə təsir etmir. Bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, Türkiyənin həyata keçirdiyi enerji layihələri uzunmüddətli xarakterə malikdir: “Türkiyədə dolların məzənnəsinin hər gün enib-qalxması enerji layihələri üçün riskli deyil”.

Ə.Babacan qeyd edib ki, son günlər ABŞ-ın pul siyasəti ilə əlaqədar dolların bütün dünya valyutalarına nisbətdə məzənnəsinin artması müşahidə edilir: “Dollara nisbətdə valyutanın məzənnəsinin azalması təkcə Türkiyədə deyil, bir sıra inkişaf etməkdə olan ölkələrdə də müşahidə edilir”.

O, əlavə edib ki, türk lirəsinə münasibətdə dolların məzənnəsinin belə artıb-azalması əvvəllər də Türkiyədə müşahidə edilib, lakin bazar həmişə sabitləşib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]