ADY-EKSPRESS QATAR.jpg 07.12.2011 [12:35] – Bakı-Gəncə-Bakı istiqamətində yeni �Ekspress� qatarı xəttə buraxılacaqdır

�Azərbaycan Dəmir Yolları� Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin gediş-gəlişini yaxşılaşdırmaq məqsədi ilə yeni �Ekspress� qatarını xəttə buraxacaqdır
Bakı, 7 dekabr (AzərTAc). �Azərbaycan Dəmir Yolları� Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin gediş-gəlişini yaxşılaşdırmaq məqsədi ilə yeni �Ekspress� qatarını xəttə buraxacaqdır.
QSC-dən AzərTAc-a bildirmişlər ki, dekabrın 9-dan etibarən Bakı-Gəncə-Bakı �Ekspress� qatarı saat 09.00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16.20-də Gəncə stansiyasına çatacaqdır. Səhəri gün isə qatar 09.00-da Gəncə stansiyasından çıxaraq, saat 17.10-da Bakı sərnişin stansiyasına çatacaqdır.
Bakı-Gəncə-Bakı �Ekpress� qatarının Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, dekabrın 9-dan etibarən Bakıdan, dekabrın 10-dan isə Mingəçevirdən hərəkət edən Bakı-Mingəçevir-Bakı �Ekspress� qatarı ləğv olunacaqdır.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində xəttə buraxılacaq 5 vaqondan ibarət yeni �Ekspress� qatarının vaqonları VEST QAS müəssisəsi ilə �Azərbaycan Dəmir Yolları� QSC arasında bağlanmış müqaviləyə əsasən Slovakiyada beynəlxalq standartlar səviyyəsində tam təmir olunaraq oktyabrda Azərbaycana gətirilmişdir.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com