Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Ağcabədidə bitkiçilik üzrə məhsul istehsalı artıb


Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında 2016-cı ildə uğurlu nəticələr əldə edilib. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya ayrılması bitkiçiliyin inkişafına stimul verir.

Rayon statistika idarəsinin rəisi Elsevər İsmayılov AZƏRTAC-a bildirib ki, 2016-cı ildə rayonda bitkiçilik üzrə əkin dövriyyəsi genişlənib, məhsul istehsalı əsaslı şəkildə artıb. Belə ki, ötən il rayonda 65 min 956 hektarda kənd təsərrüfatı bitkiləri becərilib. Əkin sahəsinin 26 min 548 hektarı taxıl, 3711 hektarı pambıq, 815 hektarı şəkər çuğunduru, 1184 hektarı tərəvəz, 2603 hektarı qarğıdalı, 1210 hektarı soya bitkisidir. Əvvəlki illə müqayisədə taxılın əkin sahəsi 17,2 faiz, pambığın əkin sahəsi 2,6 dəfə, şəkər çuğundurunun əkin sahəsi 24,4 faiz, tərəvəzin əkin sahəsi 38,8 faiz, qarğıdalının əkin sahəsi 17 faiz artıb.

İl ərzində təsərrüfatlarda 95 min 827 ton taxıl, 30 min 434 ton qarğıdalı, 8852 ton pambıq, 2364 ton kartof, 15 min 627 ton tərəvəz, 12 min 139 ton bostan, 48 min 525 ton şəkər çuğunduru, 8910 ton soya, 11 min 698 ton meyvə istehsal edilib. 2015-ci illə müqayisədə taxıl istehsalı 13,2 faiz, qarğıdalı istehsalı 1,4 faiz, pambıq istehsalı 4 dəfə, tərəvəz istehsalı 39 faiz, şəkər çuğunduru istehsalı 2,5 dəfə, soya istehsalı 52,5 dəfə, meyvə istehsalı 0,2 faiz artıb.

AZƏRTAC

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]