Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Şahbuz rayonunun Külüs və Keçili kəndləri arasında yeni yaşayış məntəqəsi salınmışdır

Şahbuz rayonunun Külüs və Keçili kəndləri arasında yeni yaşayış məntəqəsi salınmışdır
Bu il mayın 6-da Şahbuz rayonunun Keçili kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində 5 ev tamamilə uçmuş, 9 evdə isə qəzalı vəziyyət yaranmışdı. Ərazinin sürüşməyə meyilli olduğu nəzərə alınaraq 12 evin sakinləri dərhal köçürülmüşdür.
Şahbuz, 28 dekabr (AzərTAc). Bu il mayın 6-da Şahbuz rayonunun Keçili kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində 5 ev tamamilə uçmuş, 9 evdə isə qəzalı vəziyyət yaranmışdı. Ərazinin sürüşməyə meyilli olduğu nəzərə alınaraq 12 evin sakinləri dərhal köçürülmüşdür.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kəndə gəlmiş, yaranmış vəziyyətlə yerində tanış olmuş, Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə keçirilmiş müşavirədə təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılması, sürüşmə nəticəsində mənzillərini itirmiş sakinlər üçün yeni evlərin tikilməsi barədə tapşırıqlar vermişdir.
Ötən müddət ərzində verilən tapşırıqların icrası istiqamətində mühüm işlər görülmüş, Külüs və Keçili kəndləri arasında 12 müasir fərdi yaşayış evi tikilmiş, yeni yaşayış məntəqəsi salınmışdır.
Dekabrın 27-də fərdi yaşayış evləri istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni mənzillərlə təmin olunanları təbrik edərək demişdir: Bu ilin əvvəlində baş vermiş təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması sahəsində qısa müddət ərzində xeyli iş görülmüş, yeni evlər tikilmişdir. Keçili kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri uçaraq yararsız vəziyyətə düşmüş sakinlərdən on ikisinə bu gün yeni mənzillər verilir və Yeni Keçilinin əsası qoyulur. Yeni mənzillərdən 8-i üçotaqlı, 4-ü ikiotaqlıdır. Burada ən yüksək şərait yaradılmış, torpaq sahəsi ayrılmış, yardımçı binalar inşa edilmiş, su-kanalizasiya, qaz, elektrik xətləri çəkilmiş, mənzillər telefonlaşdırılmışdır.
Yeni yaşayış məntəqəsində yaradılan hərtərəfli şərait ölkəmizin iqtisadi gücünün, dövlətimizin insanlara olan yüksək qayğısının daha bir göstəricisidir. Keçili kəndinin kənarında yeni yaşayış məntəqəsinin yaradılması, eyni zamanda, dövlət-xalq birliyinin, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş quruculuq xəttinin bəhrəsidir.
Ali Məclisin sədri yeni mənzillə təmin olunanlara xoş günlər, firavan həyat və cansağlığı arzulamışdır.
Kənd ağsaqqalı Həsən Əsgərov göstərilən qayğıya görə minnətdarlığını bildirmiş, dövlətimizin himayəsi ilə yeni mənzillərlə təmin olunmalarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində onlara verilən ən dəyərli hədiyyə kimi qiymətləndirmişdir.
Ali Məclisin sədri yeni mənzillərin açarlarını təqdim etmiş, yaşayış məntəqəsinin açılışını bildirən lenti kəsmişdir.
Evlərə baxış zamanı məlumat verilmişdir ki, hər bir fərdi ev üçün 900 kvadratmetrə yaxın həyətyanı sahə ayrılmış, həyətdə yardımçı binalar tikilmiş, ətraf çəpərlənmişdir. Mənzilləri daimi elektrik enerjisi ilə təmin etmək üçün yaşayış məntəqəsinə 500 metr elektrik xətti çəkilmiş, 160 kilovoltamper gücündə transformator quraşdırılmış, qaz xətti çəkilmiş, hər bir evə 1 ədəd qaz sobası, mətbəxə qaz plitəsi qoyulmuşdur.
Qeyd olunmuşdur ki, mənzillər yüksək keyfiyyəti və rahatlığı ilə seçilir. İkiotaqlı mənzillər 70, üçotaqlılar isə 90 kvadratmetrdir. Evlərin geniş dəhlizi və eyvanı da vardır. Burada sakinlərə hər cür kommunal şərait yaradılmış, 1700 metr içməli su və 600 metr uzunluğunda kanalizasiya xətti çəkilmiş, bütün mənzillər su və kanalizasiya xətti ilə təmin olunmuşdur. Mənzillərin hər birinə �Naxtel� stasionar telefonu qoyulmuşdur.

AzərTAc-

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com