Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Aİ Azərbaycanla avia-razılıqlar üzrə danışıqların bərpa edilməsini alqışlayır

Aİ Azərbaycanla aviasiya razılığı üzrə danışıqların bərpa edilməsini alqışlayır. Bu barədə Trend-ə nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə münasibət bildirən Aİ-nin Brüsseldəki mətbuat xidməti deyib.

Mətbuat xidmətindən bildiriblər ki, Aİ ilə Azərbaycan arasında aviasiya razılığı üzrə danışıqlar 2013-cü ildə başlayıb və Aİ bu danışıqların bərpa edilməsini alqışlayır: “Azərbaycan həmçinin “Şərq tərəfdaşlığı” nəqliyyat paneli çərçivəsində konstruktiv əməkdaşlıq nümayiş etdirir. Azərbaycan “Şərq-Qərb” dəmiryol dəhlizinin inkişafı da daxil olmaqla nəticələrin əldə edilməsinə sadiqdir”.

Həmçinin qeyd edilib ki, Azərbaycan və Aİ arasında tərəfdaşlıq qarşılıqlı mənfəət əməkdaşlığına gözəl nümunədir: “Təbii sərvətlərlə zəngin ölkə kimi Azərbaycanın nəqliyyat infrastrukturuna xarici maliyyələşdirmədən asılılığı çox azdır. Avropa İnvestisiya Bankı Azərbaycanla çərçivə sazişi imzalayıb. Bu da banka imkan verəcək ki, ölkədə infrastrukturların maliyyələşdirilməsini təmin etsin. Azərbaycan həmçinin beynəlxalq dəmiryol daşımaları üzrə hökumətlərarası təşkilatın, dəmiryol təşkilatının üzvü ola bilər və Aİ bu prosesi də dəstəkləyər”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]