Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Aİ Yunanıstanı Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməyə çağırdı

Kommersiya sazişi bağlamış bütün tərəflər, ilk növbədə, müqavilənin şərtlərinə əməl etməlidirlər. Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Yunanıstanın yeni hökumətinin Transadriatik qaz kəməri (TAP) üzrə imzalanmış sazişin rentabelli olmaması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ qanunun aliliyinə əsaslanmış yeganə institutdur və qurumun bütün üzv ölkələri təşkilatın leqal bazasını formalaşdıran mövcud qayda, norma və prosedurlara əməl etməlidirlər.

SOCAR-ın Yunanıstanın DESFA qaz nəqli şirkətini əldə etməsi üzrə sazişə gəlincə, xanım M.Mard qeyd edib ki, saziş razılaşdırma mərhələsindədir ki, bu da standart prosedurdur və müqavilədə iştirak etmiş tərəflərə yönəlməyib.

O, əlavə edib ki, Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığı məsələsində ümumilikdə müsbət proses müşahidə edilir ki, bu da Avropanın enerji təhlükəsizliyinin artmasına və enerji tədarüklərinin şaxələndirilməsinə xidmət edir: “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqlik Avropa üçün birinci dərəcəli əhəmiyyət kəsb edir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]