Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Aleksandr Rar: Şərqdən Avropaya bütün boru kəmərləri qitə üçün aktual olacaq

“Türk axını” layihəsinin reallaşdırılması Avropada istehlak bazarının nə qədər dəyişməsindən asılı olacaq. Bunu Almaniyanın nüfuzlu politoloqu Aleksandr Rar deyib.

Onun sözlərinə görə, Avropa bazarına nə qədər qazın lazım olacağı qlobal məsələdir: “Gələcəkdə hansı və nə qədər boru kəmərlərinin tikiləcəyi bundan asılı olacaq. Hazırda bazarda boru kəmərləri arasında rəqabət yaranıb. Yeni imkanlar var, bu, ABŞ-dan gətirilən maye qazdır və vəziyyətə təsir edə bilər. Lakin Avropanın 15-20 ildən sonra öz qazını hasil etmək imkanı olmayacağına görə ona idxal edilən qazın payını 50-60 faiz artırmaq lazımdır. Bu baxımdan şərqdən qərbə bütün boru kəmərləri onun üçün aktual olacaq”.

A.Rarın fikrincə, çox güman ki, Türkmənistanda istehsal edilən bütün qazı Çin alacaq: “İranın öz qazını Avropaya sata bilməsi faktdır. Tehran onu Çinə də sata bilər. Şimali və Mərkəzi Avropa “Şimal axını”, Belarus, Polşa və Ukrayna vasitəsilə qazla təmin edilir. Cənubi Avropa ölkələrində iqtisadiyyat inkişaf edir, tələbat artır. Bununla da “Türk axını” onlar üçün vacibdir. Onlar buna ümid edirlər və əlbəttə, hazırda Cənubi Avropa üçün qaz kifayət etmir”.

Politoloq qeyd edib ki, “Türk axını” layihəsinin reallaşdırılması Türkiyə üçün vacibdir: “Ankara Rusiya, Azərbaycan, İran, İraq qazının yayılmasının əsas mərkəzinə çevrilir və Türkiyə bu layihənin tərəfdarı olacaq. Qalanları isə qiymət və siyasi razılaşma məsələləridir. Ukraynada vəziyyətin yaxşılaşdığı dövrdə enerji alyansı və layihələrin reallaşdırılması haqqında danışıqlara qayıtmaq mümkün olacaq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]