Sorğu

Loading ... Loading ...

Təqvim

September 2018
M T W T F S S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Partnyorlarımız

Ali Məhkəmənin sədri və Baş prokurorun müavini Türkiyədə səfərdə olub

Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Baş prokurorun müavini Namiq Əsgərov və hər iki dövlət qurumunun əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri Rüştü Ciritin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olublar.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və Baş prokuror Mehmet Akarca ilə görüşüb. İsmayıl Rüştü Cirit və Mehmet Akarca bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın da yüksək səviyyədə olduğunu bildirib.

Görüşdə tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyi bildirilməklə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin ölkələrimizi daha da yaxınlaşdırdığı, xalqlarımızın rifahına xidmət etdiyi vurğulanıb.

Səfər çərçivəsində Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə keçirilmiş görüşdə ölkələrimizin hüquq mühafizə orqanları arasındakı səmərəli işgüzar münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyi qeyd olunub. Görüşdə ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində aparılan mütərəqqi tədbirlər barədə məlumat verilib, hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmaqla həm ikitərəfli, həm də çoxtərəfli, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət, habelə hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Ölkəmizin nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin yaradılmasının 150 illiyi münasibətilə Türkiyənin dövlət və hökumət rəsmiləri, ölkə ictimaiyyətinin nümayəndələri, həmçinin 17 ölkədən olan qonaqların qatıldığı mərasimdə iştirak ediblər.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım çıxış edərək məhkəmə və hüquq mühafizə orqanları əməkdaşlarının yubiley münasibətilə təbrik edib, Ali Məhkəmənin yaradılmasını Türkiyənin dövlətçilik tarixində mühüm hadisə kimi dəyərləndiriblər.

Daha sonra Türkiyə Ali Məhkəməsinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib.

Tədbirlərdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com