Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

AMEA-nın Gəncə Bölməsinə nadir əlyazmalar gətirilib

AMEA-nın Gəncə Bölməsinə nadir əlyazmalar gətirilib
AMEA Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları tərəfindən arxiv və kitabxanalardan Gəncə şəhərinin, o cümlədən Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti ölkəmizə gətirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib.

Eyni zamanda, əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin 1365-ci ilə aid 649 ədəd əlyazması və “Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib.

Qeyd edək ki, hazırda Akademiyaya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]