Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AMEA regionların sosial-iqtisadi inkişafı ilə bağlı təkliflər hazırlayacaq


“Cənab prezidentin 26 yanvar 2016-cı il tarixdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlar mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə yanaşı, Azərbaycan alimlərinin də qarşısında çox ciddi vəzifələr qoyub”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib. O bildirib ki, artıq bununla bağlı Rəyasət Heyətində müzakirələrə başlanıb və AMEA bu istiqamətdə təkliflərini hazırlayacaq: “Düşünürəm ki, alimlər də bu işə qoşulmalıdır. Yerlərdə sahibkarlığın inkişafı, milli istehsalın gücləndirilməsi, xaricdən asılılığın azaldılmasını biz də dəstəkləyirik. Cənab prezidentin səsləndirdiyi fikirlər, verdiyi tapşırıqlar, açıqladığı prioritetlər nəzərdə tutularaq Akademiyanın elmi müəssisə və təşkilatlarına bu məsələdə öz təkliflərini hazırlamaq tapşırığı verilib”.

Akademik qeyd edib ki, təkliflər hazırlanıb təhlil edildikdən sonra AMEA Rəyasət Heyətinin yüksək səviyyədə iclası keçiriləcək: “Bu məsələdə alimlərin təkliflərini ortaya çıxarmaq lazımdır. Digər tərəfdən, veriləcək təkliflərin reallaşdırılması üçün iş görülməlidir. Artıq dünəndən etibarən akademiyanın bütün qurumlarına Azərbaycan iqtisadiyyatına böyük təkan verə biləcək əhəmiyyətli təkliflərin hazırlanması ilə bağlı tapşırıqlar verilib. Hər bir institut bu işə töhfə vermək üçün böyük potensiala malikdir. Biz o təklifləri qısa müddət ərzində toplayacağıq. Təkliflər təhlil ediləndən sonra Rəyasət Heyətinin yüksək səviyyədə iclasını keçirəcəyik və cənab prezidentin tapşırığının icrasını təmin edəcəyik”.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]