Sorğu

Loading ... Loading ...

Təqvim

April 2020
M T W T F S S
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Partnyorlarımız

ARDNŞ-in müsabiqə komissiyasının növbəti iclası olmuşdur.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə şirkətin təqaüdlərinin verilməsi üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir. Bakı, 14 dekabr (AzərTAc). ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, dekabrın 14-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə şirkətin təqaüdlərinin verilməsi üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir. İclasda 2010-2011-ci tədris ilinin ikinci semestrinin nəticələrinə əsasən, TQDK tərəfindən keçirilmiş imtahanda iştirak etmiş iddiaçıların növbəti mərhələyə keçməsi üçün tələb olunan keçid ballarının müəyyənləşdirilməsi məsələsinə baxılmışdır.
Bildirilmişdir ki, ARDNŞ-in təqaüdlərini almaq üçün müraciət etmiş 1471 tələbədən şirkətin tələbatına uyğun ixtisaslar üzrə seçilmiş 1191 nəfəri müsabiqənin ilk turunda iştirak etmək hüququ qazanmışdır. Namizədlərdən 1085 nəfəri TQDK tərəfindən keçirilən imtahanda iştirak etmişdir. Bu turda iştirak etmiş tələbələr hər zaman olduğu kimi yenə də yüksək nəticələr göstərmişlər. Komissiya üzvlərinin rəyləri dinlənildikdən sonra imtahanda iştirak etmiş tələbələrin nəticələrinə əsasən ARDNŞ-in təqaüdlərinin verilməsi üzrə növbəti mərhələyə keçid balları müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyevin göstərişinə əsasən artıq 7 ildir ki, ARDNŞ-də perspektivli neftçi mütəxəssislərin hazırlanması, gənclərin neft-qaz sənayesi, emal və neft kimyası sahələri üzrə müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd proqramı həyata keçirilir. Təqaüdün aylıq məbləği 100 manatdır.

AzərTAc

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com