Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AŞ PA-nın sessiyasında Azərbaycana qarşı səslənəcək qərəzli məsələlərə cavab veriləcək

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iyunun 22-dən 27-dək keçiriləcək sessiyasının gündəliyinə Azərbaycana qarşı qərəzli mövqedən olan tənqidi məsələlər də daxil edilib. Biz də bununla bağlı əsl həqiqətləri bütün nümayəndə heyətinin üzvlərinə çatdıracağıq”.

Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.

Sessiyada Azərbaycanla bağlı təqdim olunacaq məruzənin layihəsi ilə tanış olduğunu deyən R.Rzayev qeyd edib ki, həmin məruzədə Azərbaycanla bağlı müxtəlif qərəzli fikirlər yer alıb.

Deputat Azərbaycan nümayəndə heyətinin hər zaman olduğu kimi, həmin sessiyada da Azərbaycanın marağında olan bütün məsələləri qaldıracağını söyləyib.

Onun sözlərinə görə, bu məsələlər ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, onun torpaqlarının Ermənsitan tərəfindən işğalı problemi ilə bağlıdır: “Məlumdur ki, həm işğal faktoru, həm də Sərsəng su anbarı ilə bağlı məruzəçilər təyin olunub. Bu istiqamətdə işlər davam etdiriləcək”.

R.Rzayev əminliklə deyib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri həmişə olduğu kimi, bu dəfə də yüksək səviyyədə fəaliyyətlərini davam etdirəcəklər: “Bütün beynəlxalq təşkilatların, o cümlədən AŞ PA-nın birbaşa borcudur ki, Azərbaycanın işğal faktı ilə bağlı özlərinin verdiyi qərara uyğun olaraq, məsələnin həllində maraqlı olsunlar. Biz də bu istiqamətdə işimizi davam etdirəcəyik”.

Qeyd edək ki, iyunun 21-də Strasburqa səfər edən Azərbaycan nümayəndə heyətinin səfəri iyunun 28-də tamamlanacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]