Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AŞPA-nın azərbaycanlı məruzəçisi Avropa hökumətlərini miqrant uşaqların taleyinə daha ciddi yanaşmağa çağırıb

AŞPA-nın azərbaycanlı məruzəçisi Avropa hökumətlərini miqrant uşaqların taleyinə daha ciddi yanaşmağa çağırıb
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Uşaq məsələləri üzrə baş məruzəçisi Sevinc Fətəliyeva Avropa hökumətlərini Avropaya gələn miqrant və qaçqın uşaqların taleyinə daha ciddi yanaşmağa çağırıb.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, S. Fətəliyeva kriminal şəbəkələrin miqrant böhranından gəlir əldə etmək məqsədi güddüyünü bildirib.

“Bu uşaqların insan alverçilərinin əlinə düşməsi də çox asandır. Avropa Şurası bu uşaqların izinin tapılması məsələsinə daha ciddi yanaşmalıdır. Əmin olmaq lazımdır ki, Avropaya daxil olan kimi onların lazımı şəkildə qayğılarına qalırlar. Mütəşəkkil cinayətlərin yeni formalarının qarşısını almaq üçün yollar tapmalıdır”.

Qeyd edək ki, “Europol”un hesablamalarına görə, 2015-ci ildə Avropa ərazisinə gələn 270 min uşaqdan təxminən 10 mini rəsmi sığınacaq sistemlərindən yoxa çıxıb. Bəziləri belə düşünür ki, onlar artıq Avropada olan ailələrinə qoşulub. Lakin bir çoxları hesab edir ki, onlar cinsi və kommersiya məqsədi ilə insan alverçilərinin qurbanına çevriliblər.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]