Astara şəhəri

Astara şəhəri haqqında ilkin məlumatlara qədim dünya alimlərinin və səyyahlarının əsərlərində rast gəlinir. Eramızın II əsrində Ptolomeyin tərtib etdiyi xəritədə Xəzər dənizinin sahillərində yerləşən yaşayış məntəqələri barədə geniş məlumat vermişdir. Ptolomey xəritəsində Albaniyanın ona məlum olan bir çox şəhər və kəndlərin adlarını qeyd etmiş və Astaranın adını yunanca �Astarata� kimi göstərmişdir. Strabon isə �Tarixi hadisələr� haqqındakı qeydlərində �Astara� adının olmasını, onun iqtisadi və mədəni əlaqələri haqqında məlumat vermişdir.
Qədim zamanlardan Astara şəhərindən tarixi �İpək Yolu� keçmişdir. Bu da şəhərin böyüməsinə və iqtisadiyyatına müsbət təsir etmişdir.
Müasir dövrdə Astara şəhərinin iqtisadiyyatının əsasını yeyinti sənayesi (əsasən quru məxməri çay istehsalı) və kənd təsərrüfatı məhsulları istehsalı (çay, taxıl, sitrus meyvələri, tərəvəz və s.) təşkil edir. Bununla yanaşı şəxsi təsərrüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq da inkişaf edir. Hazırda rayonda 3 Çay fabriki, 2 Konserv zavodu, Balıq zavodu, Kərpic zavodu, Çınqıl karxanası, Beynəlxalq Qaz Kompressor Stansiyası, Modul tipli Elektrik Stansiyası, 12 düyü və 4 un dəyirmanı və başqa müəssisələr fəaliyyət göstərir.
Astara şəhəri son illər xeyli abadlaşmışdır. Şəhərdə tikinti işləri artmış, parklar salınmış, yollar bərpa olunmuşdur. Xəzər dənizi boyunca 18 km, habelə Astara çayı boyunca 4 km ərazidə sahilbərkitmə işləri də aparılmışdır.
Bütün qeyd etdiyimiz amillər şəhər iqtisadiyyatına və onun inkişaf tendensiyasına müsbət təsir etmişdir.

Zaur İmrani

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com