Sorğu

Loading ... Loading ...

Təqvim

July 2018
M T W T F S S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Partnyorlarımız

Ağsu sakinləri dağ suyu içəcəklər

Prezident İlham Əliyevin �Ağsu rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında� Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 3,7 milyon manat vəsait hesabına Ağsu şəhərinə dağlardan su kəməri çəkilib.
Milli.Az xəbər portalı AzərTAca istinadən xəbər verir ki, şəhərə 21 kilometr məsafədən 219 millimetrlik polad borularla Quzay kəndinin Suluçay ərazisindəki bulaqların suyu gətirilib. Bulaq suyu Ağsu çayının sahili ilə çəkilən kəmərlə öz axını ilə gətirilərək şəhərin şimal hissəsində tikilmiş 500 tonluq anbara vurulur. Oradan isə hələlik mövcud kəmərlə şəhərə, eyni zamanda rayon mərkəzinə bitişik olan Qaraqaşlı və yaxınlıqdakı Pirhəsənli kəndlərinə verilir.
Bu məqsədlə Pirhəsənli kəndində ayrı-ayrı məhəllələrdə 3 bulaq tikilmişdir. Hazırda hər birinin tutumu 500 ton olan daha 2 su anbarında da tamamlanma işləri aparılır.
Bununla da Ağsu şəhərinin və yaxın 2 kəndin sakinlərinin onilliklər boyu ekoloji cəhətdən təmiz suya olan ehtiyacları aradan qaldırılıb.
Rayonda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə gələn il Girdiman çayının yatağından şəhərə və digər yaxın kəndlərə ikinci su kəmərinin çəkilməsi, habelə şəhərdaxili su və kanalizasiya xətlərinin təzələnməsi nəzərdə tutulub.

Milli.Az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com