Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AVCİYA əsgərlərin vətənpərvərlik tərbiyəsinə dəstək verir


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) növbəti layihənin icrasına başladı. “Hərbi hissələrdə əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinə vətəndaş cəmiyyətinin dəstəyi” layihəsi çərçivəsində N saylı hərbi hissədə ilk tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov assosiasiyanın fəaliyyəti, məqsəd və məramı, icra etdiyi layihələr, o cümlədən informasiya savaşında əldə edilən nəaliyyətlər barədə tədbir iştirakçılarına məlumat verdi. Daha sonra AVCİYA-nın eksperti, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi: 2016-cı ilin aprel döyüşləri” mövzulu məruzə iləı çıxış etdi. Tədbir zamanı AVCİYA prezidenti Elxan Süleymanovun “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının nüsxələri, habelə Assosiasiyanın bir sıra nəşrləri hərbi hissəyəyə təqdim edildi, əsgər və zabitləri maraqlandıran sullar cavablandırıldı.
Qeyd edək ki, AVCİYA-nın 14 illik fəaliyyətinin ana xəttini ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçı siyasətinin ifşa edilməsi, eləcə də gənclərin vətənpərvərlik tərbiyəsinə ictimai dəstək verilməsi təşkil edir. Assosiasiyanın 2017-ci il fəaliyyət planında da bu istiqamətdə çoxsaylı layihələr nəzərdə tutulub.

Mətbuat Xidməti

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]