Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AVCİYA referendumla bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını təqdim edib


Avqustun 26-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İinkişafına Yardım Assosiasiyasının (AVCİYA) 26 sentyabr 2016-cı tarixində keçiriləcək referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar mətbuat konfransı oldu.
Mətbuat konfransını giriş sözü ilə açan AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov qeyd etdi ki, AVCİYA yarandığı ildən başlayaraq seçkilərin və referendumun müşahidəsini həyata keçirir. Bu baxımdan 26 sentyabrda keçiriləcək referendum da istisna deyil. E.Salmanov qeyd etdi ki, AVCİYA artıq referendumla bağlı üzunmüddətli müşahidəyə start verib, Avropanın qabaqcıl ölkələrinin qanunvericiliyinin müqayisəli təhlilini aparıb və bu təhlili kitabça kimi nəşr edib. Kitabçada Referendumda Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişiklərin Fransa, Niderland, Norveçin qanunvericiliyi ilə müqayisəsi verilib.
AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, Assosiasiya 26 iyun 2016-cı il tarixdən MSK-ya müraciətləri, imza toplama kampaniyası və qeydə alınma proseduru, seçici siyahıları, referendum prosesi ilə bağlı qanun pozuntuları, referendumla bağlı qanunverici baza, referendum ərəfəsində ölkədəki siyasi mühüt, MSK, DSK və MnSK- ların fəaliyyəti, təşviqat kampaniyası və referendum gününün monitorinqinin təşkili kimi geniş miqyaslı fəaliyyətin icrasına başlayıb. Artıq hazırlanmış ilkin hesabat haqqında məlumat verən M.Zülfüqarlı qeyd etdi ki, ilkin hesabatda Azərbaycan Respublikasında keçirilmiş referendumlar haqqında məlumat, referendumqabağı siyasi mühitin təhlili, söz və mətbuat azadlığının vəziyyəti, referendum administrasiyasının fəaliyyəti, AVCİYA haqqında məlumat və 2 radio (İctimai radio, “Azadlıq” radiosu), 9 qəzet ( 3 iqtidar – “Azərbaycan”, “Xalq qəzeti”, “Bakinskiy raboçiy” qəzetləri; 3 neytral – “525-ci qəzet”, “Ədalət”, “Şərq” qəzetləri, 3 müxalifət- “Azadlıq”, “Yeni Müsavat”, “Xalq Cəbhəsi” qəzetləri) və 2 informasiya agentliyinin (APA, “Turan”) monitorinqi öz əksini tapıb. Məhərrəm Zülfüqarlı AVCİYA-nın referendum günü 62 dairədə, 3000 məntəqədə müşahidə aparacağını bildirdi və söylədi ki, hazırda Azərbaycanın müxtəlif bölgələrindən olan 300 müşahidəçi üçün treninqlər keçirilir. Müşahidəçilər seçici fəallığı və qanun pozuntularının olub-olmaması ilə bağlı məsələlərə nəzarət edəcəklər.
Mətbuat konfransının sonunda AVCİYA yetkililəri jurnalistlərin suallarını cavablandırdılar.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]