Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

AVCİYA “…Xocalı…Sərsəng… Davam edən soyqırımı” adlı tədbir keçirib


Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu gün Bakıda “…Xocalı…Sərsəng… Davam edən soyqırımı” adlı tədbir keçirib. APA-nın məlumatına görə, AVCİYA rəhbəri, deputat Elxan Süleymanov bildirib ki, Sərsəng su anbarının 22 ildən çoxdur, Ermənistanın işğalı altında olması Azərbaycana və azərbaycanlılara qarşı soyqırımıdır: “Bu yaxınlarda Sərsəng su anbarı ilə bağlı Avropa Şurasında qəbul edilən qətnamə bir daha Ermənistanın işğalçı olmasını təsdiqlədi. Xocalı soyqırımı, Sərsəng su anbarı ilə bağlı baş verənlər bizi bir daha səsləyir ki, torpaqlarımızı işğaldan azad edək”.

E. Süleymanov qeyd edib ki, BMT-də və Avropa Şurasında qəbul edilən qətnamələr problemin Dağlıq Qarabağ münaqişəsi yox, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına əsas verir: “Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında dinlənilən məruzələrdə də bu, bir daha vurğulandı. Yeri gəlmişkən, qəbul olunan o məruzədə bütün deyilənlər tamamilə haqlı fikirlər idi”.

Mövzu ətrafında çıxışlar başa çatandan sonra AVCİYA adından Ermənistan dövləti tərəfindən Azərbaycan torpaqlarının işğalı və işğal altında olan torpaqlarda davam edən cinayətlərlə bağlı Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə müraciət ünvanlandı.

Apa.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]