Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilir

Avropa Oyunları ilə əlaqədar Bakıda nəqliyyatla bağlı qaydalar dəyişdirilirBu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) Avropa Oyunları ilə bağlı nəqliyyat məlumatlarının çatdırılmasına həsr olunmuş brifinq təşkil olunub.

BEGOC-un Nəqliyyat idarəsinin nəqliyyat kommunikasiyası üzrə meneceri Afaq Hüseynli bildirib ki, Avropa Oyunları ilə bağlı nəqliyyat planı elə qurulub ki, hərəkətin əhalinin və şirkətlərin gündəlik fəaliyyətinə təsiri minimum olsun: “Oyunların əsas marşrut şəbəkəsi təşkil edilərkən isə onların əsasən şəhərdən yan keçməsi planlaşdırılıb”.

O həmçinin qeyd edib ki, bu gündən etibarən ” Oyunların zolağı”na digər nəqliyyat vasitələrinin girişi qadağan edilib: “Zolağa həm yol polisi, həm NİİM -in müşahidə kameraları vasitəsilə nəzarət olunur. Bu qaydanı pozanlar qanunauyğun şəkildə cərimə olunacaqlar”.

A.Hüseynli qeyd edib ki, Oyunların açılış və bağlanış mərasimləri günləri, məşəlin Bakıya gətirildiyi gün, yol yarışları zamanı bəzi yollarda hərəkətə məhdudiyyət qoyulması planlaşdırılacaq: “Lakin biz çalışacağıq ki, onların əhaliyə təsiri minimum olsun və əhali bu oyunlarda iştirak edə bilsin”.

O əhalini fərdi avtomobillərdən maksimim dərəcədə az istifadə etməyə və ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: “Belə ki, metro hər gün saat 6-dan gecə saat 1-ə kimi, marşrut avtobusları və “ekspress” avtobuslar isə səhər saat 5-dən gecə saat 1-ə kimi fəaliyyət göstərəcək. Gələn həftədən etibarən yollardakı vəziyyət, nəqliyyatın hərəkəti və marşrutların dəyişdirilməsi barədə təsdiq edilmiş məlumatlar ictimaiyyətə operatov şəkildə çatdırılacaq. Səyahət planları quran şəxslər bu məlumatları mütləq izləyib onları nəzərə alsınlar”.

BEGOC-un meneceri bildirib ki, yarışların keçiriləcəyi idman areanalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılacaq: “Bununla bağlı qadağalar iyunun 1-dən qüvvəyə minəcək. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil – kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Ümumiyyətlə, xahiş edirik ki, bu günlərdə sürücülər qeyri-qanuni parkinq etməsinlər və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatla hərəkət etsinlər”.

A.Hüseynlinin sözlərinə görə, Bakıya Avropa Oyunları ilə əlaqədar uzaqdan gələnlər avtomobillərini Mərkəzi parkda ( Qış parkı) və Gənclik parkındakı duracaqlarda saxlaya bilərlər: “Onlar üçün güzəştli tarif müəyyən edilib. Bunun üçün onlar cəmi 1 AZN ödəməli olacaqlar”.

O əlavə edib ki, “ekspress” avtobusların xidmətindən akkreditasiya olunmuş və bileti olanlar pulsuz istifadə edə biləcəklər: “Lakin arenalardan bilet almaq istəyənlər də şəxsiyyət vəsiqəsini göstərməklə bu avtobusların xidmətindən pulsuz istifadə edə bilərlər”.

BGOC rəsmisi Oyunlar zamanı yarışlara gələn tamaşaçılara da müraciət edib: “Arenalara nəyin gətirilməsinə icazə verildiyi və verilmədiyi barədə biletin arxasında məlumat yazılır. İdman arenalarında ciddi təhlükəsizlik tədbirləri görüləcək. Buna ciddi diqqət yetirsinlər. İcazə verilməyən əşyaları özləri ilə götürməsinlər”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]