Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Avropa Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi məkanda telekommunikasiya şəbəkəsinin təhlükəsizliyi təmin edilib

I Avropa Oyunları çərçivəsində avarçəkmə üzrə yarışların keçiriləcəyi Mingəçevir şəhərindəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzi iki ötürmə kanalı (əsas və alternativ) ilə paytaxtda yerləşən DATA-mərkəzə qoşulub. Trend-in məlumatına əsasən, bunu mayın I Avropa Oyunları Əməliyyat Komitəsinin iclası zamanı “Aztelekom” İstehsalat Birliyinin (İB) texniki direktoru Zahir Vəliyev deyib.

Onun sözlərinə görə, hər bir kanalın ötürmə qabiliyyəti saniyədə 10 qiqabit təşkil edir: “Hər bir kanala 1 qiqabit ayrılıb və onlar təhlükəsizlik də daxil olmaqla, müxtəlif xidmətlər üçün istifadə olunacaq. 2 qiqabitlik port yarışların televiziya yayımı üçün, digər analoji 2 port isə idmançıların və qonaqların yaşayacağı Atletlər kəndinin tələbatının ödənilməsinə ayrılıb. Portlardan, həmçinin səs və məlumatların paytaxta ötürülməsi üçün istifadə olunacaq”.

Z.Vəliyev qeyd edib ki, rabitənin alternativliyi yarışların keçiriləcəyi obyektlərin daxilində də təmin olunub. Bundan başqa, əsas və alternativ rabitə xəttinin marşrutu müəyyənləşdirilib: “Əsas kabel xətti “Aztelekom”dan “Azərkosmos” ASC-nin kabelinə qoşulur, daha sonra Qobustan-Şamaxı-Ağsu-Göyçay-Ağdaş-Mingəçevir marşrutu gəlir. Hazırda montaj işləri gedir. Kabel xətləri marşrutlarının təhlükəsizliyi “Aztelekom” tərəfindən təmin edilir”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]