Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

İyunun 28-də “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasiminin keçiriləcəyi ilə əlaqədar paytaxtın müvafiq yollarında nəqliyyat vasitələrinin hərəkəti saat 16.00-dan gecə saat 02.00-a qədər məhdudlaşdırılacaq.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağına qədər olan hissəsi, Mehdi Hüseyn küçəsinin Parlament prospektindən Teymur Elçin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bağlanış mərasiminə bileti olan hər kəsə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək ictimai nəqliyyatın xidmətlərindən istifadə etmələri tövsiyə edilir.

Qeyd olunan müddət ərzində hava limanı istiqamətinə getmək istəyən sürücülər alternativ yol kimi Zığ beton yolu, cənub istiqamətindən gələnlər paytaxta daxil olmadan Xocasən yolu ilə Xırdalan dairəsi, oradan isə Binəqədi, Balaxanı, Zabrat və Buzovna qəsəbələrindən keçməklə Mərdəkan şosesinə, qərb və şimal istiqamətindən gələnlər də Xırdalan dairəsindən eyni marşrut üzrə rahat və fasiləsiz hərəkət edə biləcəklər.

“Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar Bakı metropoliteni saat 02.00-dək fəaliyyət göstərəcək.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, metro Olimpiya stadionunun sonuncu tamaşaçısı qatara minənə kimi işləyəcək. Gün ərzində sərnişinlərin daşınması və yarana biləcək sıxlığın aradan qaldırılması üçün metropoliten işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
http://azertag.az/xeber/Avropa_Oyunlarinin_baglanis_merasimi_ile_elaqedar_neqliyyatin_hereketi_mehdudlasdirilacaq_VIDEO-867628

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]