Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

AXA Azərbaycanda törəmə şirkətini kapitallaşdırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “AXA MBASK” sığorta şirkətinin adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in QKDK-yə istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 382 manat olan 7854 səhm buraxılıb.

Emissiyanın yerləşdirilməsi nəticəsində “”AXA MBASK”ın nizamnamə kapitalı 17,23 milyon manata çatacaq. 2015-ci il yanvarın 1-nə olan məlumata görə, bankın məcmu kapitalı 13,08 milyon manat təşkil edir.

Qeyd edək ki, MBASK sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanən ilk özəl sığorta şirkətlərindən biridir. Dünyanın ən iri sığorta şirkətlərindən biri olan “AXA Group” 2010-cu ildə özünün törəmə şirkəti “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) vasitəsilə MBASK-ın səhmlərinin nəzarət paketini (51 faiz) əldə edib. Hazırda “AXA Group” “AXA MBASK”in yeganə səhmdarıdır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]