Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan bankı Avropa Gimnastika İttifaqı ilə müqaviləni uzatdı

Azərbaycan bankı “Kapital Bank” ASC ilə Avropa Gimnastika İttifaqı (UEG) arasında 2013-cü il aprel ayından qüvvədə olan əməkdaşlıq müqaviləsinin müddəti daha bir il – 2016-cı ilin may ayınadək uzadılıb. Trend xəbər verir ki, bu barədə UEG-in yaydığı məlumatda deyilir.

Müqavilə müddətinin uzadılması ilə bağlı saziş Bakıda I Avropa Oyunları çərçivəsində UEG prezidenti Jorj Gelzek və “Kapital Bank”ın İdarə heyətinin sədri Rövşən Allahverdiyev tərəfindən imzalanıb.

Müqaviləyə əsasən, “Kapital Bank” UEG təqvimində yer alan rəsmi yarışlar zamanı brendinin reklamını genişləndirəcək. Bu saziş sayəsində UEG maliyyə bazasını möhkəmləndirəcək ki, bu da ittifaqa üzv olan 48 milli federasiyanın inkişaf layihələrini dəstəkləməyə imkan yaradacaq.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]