Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan bankları ipoteka üzrə ilkin ödənişləri artırıblar

Azərbaycanda bir sıra banklar ipoteka krediti üzrə ilkin ödənişləri 2,5 – 3 dəfə artırıblar.

Azərbaycan İpoteka Fondunun (AİF) minimum tələbinə əsasən, adi kreditlər üçün ilkin ödəniş 20 faiz, sosial ipoteka üçün isə 15 faiz həcmində müəyyənləşdirilib.

Trend-in AİF-in elektron portalına istinadən verdiyi məlumata əsasən, Fondun ipoteka xətti üzrə ipoteka kreditləri verən 29 bankdan 12-si adi və güzəştli ipoteka, 5 bank isə yalnız adi ipoteka kreditləri üzrə ilkin ödənişi artırıb.
“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Trend-ə bildirib ki, bankların ilkin ödənişi artırması Azərbaycanda ipotekaya tələbatın azalmasına səbəb olacaq.

Onun sözlərinə görə, əhali mənzil alarkən kreditlərə daha az müraciət etmək məcburiyyətində qalacaq: “Xüsusilə, bu, hərbçilərə aiddir, çünki məhz bu kateqoriyadan olan insanlar ilkin ödənişin verilməsi ilə bağlı müəyyən çətinliklər yaşayırlar”.

N.İbrahimov bankların bu addımını problemli kreditlərin artması və bankların risklərini azaltmaq istəyi ilə əlaqələndirir: “Azərbaycan əhalisi hazırda kreditlərin qaytarılması ilə bağlı müəyyən çətinliklər yaşayır. Problemli kreditlərin artması ilə əlaqədar bankların riski artır. Bu addım, həmçinin borcalanların ipoteka kreditləri üzrə qalan borcunu qaytarması prosesini yüngülləşdirəcək (kreditin məbləğinin az olması səbəbindən – red.)”.

Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə ilkin ödənişin artması banklara vaxtı ötmüş kreditlər portfelini azaltmağa kömək edəcək, lakin banklar müştərilərini itirsələr və bununla yanaşı, risklər qalsa, onlar ipotekanın verilməsi şərtlərini yenidən yüngülləşdirə bilərlər.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]