Sorğu

Loading ... Loading ...

Təqvim

May 2020
M T W T F S S
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Partnyorlarımız

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.

Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən çox nümayəndənin iştirak etdiyi builki foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]