Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan domenində saytların sayı 5 faiz artıb

.az milli domen zonasında qeydə alınan saytların sayı 24 140 ədəd təşkil edib. Trend xəbər verir ki, bu barədə WHOIS saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında .az domen zonasında qeydə alınan saytların sayı təqribən 5 faiz artıb. Qeydə alınan saytların ümumi sayından 22 374 ədədi domendə qeydə alınan birinci səviyyəli resursların payına düşür. Bu, cari ilin əvvəlinə olan göstəricini 4,9 faiz üstələyir.

İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 1056 sayt (artım 4,7 faiz) qeydə alınıb. Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada isə 237 internet saytı (10,7 faiz artım) qeydə alınıb.

Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]