Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan dünyanın ən yaxşı ölkələri reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycan ABŞ-ın “US News & World Report” jurnalının versiyasına görə, dünyanın ən yaxşı ölkələrinin 2018-ci il üzrə reytinqində 64-cü yeri tutub.

Reytinq 9 kriteriya (turizm sənayesinin inkişafı, innovasiya, sosial sfera, mədəniyyət, iqtisadi artım tempi, biznesə açıqlıq, əhalinin ümumi həyat səviyyəsi, dünya arenasında güc və təsir səviyyəsi, tarixi irs) əsasında hazırlanıb.

Ötən il Azərbaycan reytinqdə 69-cu yerdə olub, başqa sözlə, ölkə sıralamada 5 pillə irəliləyib.

Azərbaycan həmçinin güc və təsir kateqoriyasında 45-ci, əhalinin ümumi yaşayış səviyyəsi kateqoriyasında 67-ci, turizm sənayesi kateqoriyasında isə 66-cı yerdə qərarlaşıb.

MDB ölkələrindən reytinqə Rusiya (26), Latviya (59), Ukrayna (69), Qazaxıstan (70) və Belarus (72) daxil edilib.

Qonşu ölkələrdən isə siyahıda Türkiyə (36) və İran (77) yer alıb.

“Top-5” ölkələr sırasına İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya daxil edilib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan bu reytinqə daxil edilməyib.

Report.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]