Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan Fransa istehsallı elektrovozlar alır

Yaxın günlərdə Azərbaycanın Fransanın “Alstom” şirkətinin istehsalı olan 50-yə yaxın elektrovoz alması ilə bağlı kredit sazişinin imzalanacağı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

O, qeyd edib ki, cəlb olunan maliyyə vəsaiti hesabına dəmiryolları, dəmiryol infrastrukturu və kommunikasiyasının bərpası üzrə işlər də həyata keçiriləcək: “Bakı-Sumqayıt marşrutu üzrə dəmiryol əlaqəsinin işə salınması başa çatdıqdan sonra Gəncə, daha sonra şimal istiqamətində sürət qatarlarının işə salınması planlaşdırılır”.

C.Qurbanov vurğulayıb ki, Bakı-Sumqayıt marşrutu üzrə dəmiryol xəttində əsaslı təmir QSC-nin daxili vəsaiti hesabına aparılır.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]