Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan Gürcüstandan avtomobil idxalını xeyli azaldıb

2015-ci ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 1737 minik avtomobili ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,8 dəfə azdır. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin 2015-cü ilin ilk 4 ayın yekunları üzrə xarici ticarət haqqında hesabatında deyilir.

Hesabata əsasən, qeyd edilən dövrdə Gürcüstandan Azərbaycana ümumi dəyəri 32,8 milyon dollar olan avtomobillər ixrac edilib.

Göstərilən dövrdə Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 36,6 faiz təşkil edib. Xidmətin məlumatına əsasən, ölkənin bu kateqoriyadan olan ümumi ixracında isə Azərbaycanın xüsusi çəkisi 45,1 faiz təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi 3 dəfə (dəyər baxımından), say nisbətində isə 8330 ədəd azalıb. Müqayisə üçün bildirək ki, 2014-cü ilin yanvar-aprel aylarında Gürcüstandan Azərbaycana 97,69 milyon dollar həcmində 10067 avtomobil ixrac edilib.

Ölkəyə avtomobil idxalının azalması aprel ayının 1-dən Azərbaycanda tətbiqinə başlanılan Avro-4 ekoloji standartına keçidi ilə izah edilir. Avro-4-ün tətbiqi Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin böyük hissəsini təşkil edən köhnə avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırır. Avtomobillər Gürcüstana xaricdən gətirilir.

2015-cü ilin yanvar-aprel aylarında Gürcüstan ixracatının 13 faizi Azərbaycanın payına düşüb. Bu dövrdə Gürcüstandan Azərbaycana 89,6 milyon dollar dəyərində məhsul ixrac edilib. Azərbaycana ixracat ötən ilin analoji dövrünə nisbətən 2,1 dəfə azalıb. Müqayisə üçün: ötən ilin ilk 4 ayında Azərbaycana 188,45 milyon dollar dəyərində Gürcüstan məhsulları ixrac edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]