Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında ikinci yerdədir

Cari ilin yanvar-may aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 360,4 milyon ABŞ dolları təşkil edib.

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azdır.

Buna baxmayaraq Azərbaycan bu ölkənin xarici ticarət tərəfdaşları arasında ikinci yerdədir, ölkəmizlə aparılan ticarət Gürcüstanın xarici ticarət dövriyyəsinin 9,2 faizini təşkil edir.

Hesabat dövründə bu ölkədən Azərbaycana 117 milyon dollarlıq mal ixrac olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,5 faiz və ya 124 milyon dollar azdır. Ən çox azalma minik avtomobillərinin ixracında qeydə alınıb – 83,8 milyon dollar. Cari ilin 5 ayında Gürcüstandan ölkəmizə 37,9 milyon dollar məbləğində minik avtomobili ixrac olunub.

Azərbaycana Gürcüstandan ixrac olunan armaturun da həcmi 5 dəfə azalaraq cəmi beş milyon dollar təşkil edib.

Gürcüstanın ölkəmizdən idxal etdiyi məhsulların həcmi də 5,5 faiz azalıb.

Cari ilin ilk beş ayında Azərbaycandan bu ölkəyə 244 milyon dollar həcmində mal ixrac olunub. Bu da Gürcüstanın ümumi idxalatının 8 faizini təşkil edir.

Azərbaycandan bu ölkəyə idxal olunan neft-qaz məhsullarının həcmi isə ötən ilin ilk beş ayı ilə müqayisədə 5 milyon dollar artaraq 147,5 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 7,1 milyon dollarlıq elektrik enerjisi alıb ki, bu da 2014-cü ilin yanvar-may ayları ilə müqayisədə 5,4 milyon dollar çoxdur.
http://azertag.az/xeber/Azerbaycan_Gurcustanin_xarici_ticaret_terefdaslari_sirasinda_ikinci_yerdedir-867783

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]