Sorğu

Loading ... Loading ...

Təqvim

November 2020
M T W T F S S
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan hökuməti növbəti 4 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini müzakirə edib

Sentyabrın 1-də Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan Baş nazir A.Rasi-zadə bildirib ki, gələn ilin dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla tərtib edilib. Layihənin hazırlanmasında dövlət büdcəsinin sosial yönümlü olması əsas götürülərək, respublika əhalisinin maddi rifahının daim yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafına dəstək kimi mühüm amillərə xüsusi diqqət yetirilib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]