Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan İKT sahəsində biznes-inkubator şəbəkəsini genişləndirir

Mingəçevir texnoparkının ərazisində “Yüksək texnologiyalar parkı”nın İnkubasiya Biznes Mərkəzi yaradılacaq. Bu barədə Trend-ə Yüksək Texnologiyalar Parkının icraçı direktoru Seymur Ağayev deyib.

Onun sözlərinə görə, İnkubasiya Biznes Mərkəzinin işi Bakıda fəaliyyət göstərən biznes-inkubatorun iş prinsipinə əsasən təşkil olunacaq ki, bu da regional səviyyədə innovativ ideyalar və layihələrin dəstəyinə səbəb olacaq: “Hazırda Bakıdakı biznes-inkubatora 40 layihə təqdim edilib. Uğurlu layihələrin sayı çoxaldıqca, digər sahələrdən İT sahəsinə potensial investisiyaların cəlb olunması da sürətlənəcək. Biznes-inkubatorumuzun məqsədi daha çox uğurlu layihə həyata keçirməkdir. Onların uğuru isə investisiya cəlb etmələri ilə ölçülür. Ümid edirik ki, yaxın zamanda potensial investorların start-applara vəsait yatırması genişlənəcək”.

S.Ağayev həmçinin qeyd edib ki, Yüksək Tüxnologiyalar Parkı potensial investorlar ilə bir neçə mümkün əməkdaşlıq istiqaməti müəyyənləşdirib. Onlardan biri potensial investorların Yüksək Texnologiyalar Parkının infrastrukturunun inkişafına investisiyaların cəlb edilməsi üçün fond infrastrukturunun yaradılmasında iştirak etməkdir: “Fond hesabına Yüksək Texnologiyalar Parkında ofislərin tikintisinə vəsait yatıran investorlar Texnoparkın ərazisində qüvvədə olan vergi güzəştlərindən istifadə edə biləcəklər. Vergi güzəştlərinin tətbiq edilməsi bu istiqaməti biznes üçün cəlbedici edir. Bu sahədə işləyirik və ümid edirik ki, bu istiqamətdə atdığımız addımlar yaxın zamanda öz təsdiqini tapacaq”.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]