Sorğu

Loading ... Loading ...

Təqvim

May 2018
M T W T F S S
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan internetin nüfuzetmə səviyyəsinə görə MDB ölkələri arasında lider olaraq qalır

Azərbaycan internetin nüfuzetmə səviyyəsinə görə MDB ölkələri arasında lider olaraq qalır Azərbaycan internetin nüfuzetmə səviyyəsinə görə MDB ölkələri arasında lider mövqeyini qoruyub saxlamaqdadır. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çərşənbə günü Bakıda “Virtual mühitdə əqli mülkiyyət hüquqlarının təminatı” mövzusunda keçirilən seminarda deyib.
Onun sözlərinə görə, hazırda bu göstərici 70 faiz təşkil edir və 2014-cü ilin əvvəlindən start götürəcək genişzolaqlı internetin inkişafı layihəsi gələcəkdə Azərbaycanın internet bazarının formalaşmasında mühüm rol oynayacaq: “Layihənin reallaşdırılması son istifadəçilər üçün internet xidmətlərinin daha da genişləndirilməsinə imkan yaradır ki, bu da bilavasitə onların sayının artımında və internetin nüfuzetmə səviyyəsinin 85 faizə çatmasına təsir edəcək”.
Virtual mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsi məsələsinə və bunda İKT sektorunun bilavasitə roluna toxunan E.Vəlizadə qeyd edib ki, Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi ən yüksək səviyyədə təmin olunur. Bu da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən yüksək qiymətləndirilir: “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin əhəmiyyəti yeni startap-layihələrin yaranması fonunda daha böyük aktuallıq əldə edir. Söhbət əqli mülkiyyət hüququ sahiblərinin ideyalarının müdafiəsindən gedir. İnternetin və İKT sektorunun inkişafı bilavasitə əqli mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlıdır. İKT sektoru öz inkişafı ilə əqli mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı yeni sualların meydana çıxmasına imkan yaradır. Buna görə əqli mülkiyyətin sonrakı istifadəsində İKT-nin rolunun müəyyən edilməsinə ehtiyac yaranır”.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com