Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan iqtisadiyyatı 5,3 faiz artıb

2015-ci il yanvar-may aylarında ölkədə ÜDM həcmi 21,34 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.

Trend-in məlumatına əsasən, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

İlin əvvəlindən ən yüksək iqtisadi artım yanvar-aprel aylarında (5,5 faiz) qeydə alınıb, ilk rübdə ölkənin ÜDM-i 5,3, yanvar-fevral aylarında 4,2, yanvarda isə 4,4 faiz artıb.

Hesabata görə, iqtisadiyyatın qeyri-neft sektoru 5 ay ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 7,6 faiz artıb. Sektorun ölkənin ÜDM-dəki payı 66,12 faiz təşkil edib. Neft və qaz hasilatı və emalı sahəsində əlavə dəyəri istehsalının həcmi ötən illə müqayisədə 2,4 faiz artıb.

Hesabat dövründə ölkədə yaradılan ÜDM-in 36,4 faizi (7,76 milyard manat) sənayedə, 13,7 faizi (2,9 milyard manat) tikintidə, 3,3 faizi (712,5 milyon manat) kənd təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda formalaşıb.

ÜDM-in 9,1 faizi məhsula və idxala vergilər hesabınadır.

Məlumatda deyilir ki, ümumi istehsalın 37,5 faizi (8 milyard manat) xidmət sektorunda yaradılıb.

Xidmət sektorunda ÜDM-in 10,8 (2,3 milyard manat) faizi nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,1 faizi (1,3 milyard manat) nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi (623,3 milyon manat) turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,01 faizi (430,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 15,7 faizi (3,35 milyard manat) isə sosial və xidmət sahələrinin payına düşür.

Ötən ilin analoji dövrü ilə müqayisədə 2015-ci ilin yanvar-may aylarında tikintidə əlavə dəyər istehsalı 11,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə – 13,9 faiz, nəqliyyat vasitələrinin ticarəti və təmiri – 9,7 faiz, informasiya və kommunikasiya xidmətləri – 10,6 faiz, kənd, meşə və balıqçılıq təsərrüfatlarında 4,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 9,7 faiz, sosial və xidmət sahələrində isə 3,1 faiz təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]