Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan-İran sərhədində 34 min manatlıq dərman preparatlarının qaçaq yolla keçirilməsinin qarşısı alınıb

Azərbaycan-İran sərhədində 34 min manatlıq dərman preparatlarının qaçaq yolla keçirilməsinin qarşısı alınıb Azərbaycan-İran sərhədində 34 min manatlıq qaçaq dərman preparatları aşkar edilib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat ərkəzindən Trend-ə verilən məlumata görə, DSX-nın Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində təqribən 34 000 (otuz dörd min) manat məbləğində qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhəd xəttindən 200 metr məsafədə Azərbaycan Respublikası istiqamətində ağacların arasında gizlədilmiş halda Hindistan və İran istehsalı olan “Veltram-200”, “Alltram-200”, “Tramagelzik”, “Metadone-20”, “Metadone-40” markalı hər birində 10 həb olan 13190 ədəd “konvolüt” tipli dərman preparatı bağlamaları aşkar olunub.
Hazırda dərman preparatlarını qanunsuz yolla dövlət sərhədindən keçirməyə cəhd edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]