Sorğu

Loading ... Loading ...

Təqvim

Ноябрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Partnyorlarımız

Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə

“Intel” şirkəti Azərbaycan məktəblərində informasiyalaşdırma üzrə yeni layihə reallaşdırmağı təklif edir. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, yaxın müddətdə şirkət Azərbaycan tərəfinə öz təklifini təqdim edəcək.

Söhbət Türkiyənin texniki təhsil vasitələrinin modernləşdirilməsinə yönəlmiş FATIH layihəsi ilə müqayisə edilən layihədən gedir.

FATIH proqramı çərçivəsində məktəblərə planşet kompüterlər, noutbuklar, proyektorlar, çoxfunksiyalı surətçıxarma aparatları, interaktiv lövhələr və s. verilib.

Qeyd edək ki, Türkiyədə layihə çərçivəsində məktəb müəllimlərinin ixtisaslarının artırılması üçün əyani və distant dərslər keçirilir. Məqsəd siniflərə təqdim edilmiş proqram təminatı, elektron dərsliklər, müəllimlər üçün nəzərdə tutulmuş təlimatlardan effektiv şəkildə istifadə etməkdir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]