Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan neftinin bahalaşması davam edir

Çərşənbə günü “Auqust” italyan limanında CIF Azərbaycan yüngül neftinin qiyməti barelə görə, 68,95 dollar təşkil edib.

ARDNŞ-dən Trend-ə verilən məlumata görə, şirkətin xarici tərəfdaşları ilə birgə 1997-ci ildən hasil etdiyi yüngül neftin qiyməti, çərşənbə günü çərşənbə axşamı ilə nisbətdə bir barel üçün 0,51 dollar artıb.

Azeri Light nefti “Azəri-Çıraq-günəşli” yataqları blokundan hasil edilir. Neft Türkiyənin Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır. Bundan başqa, Gürcüstanın Supsa limanına Azeri Light Bakı-Supsa kəməri ilə ixrac olunur.

SOCAR-dan bildiriblər ki, Azərbaycan yüngül neftinin qiyməti FOB mayın 6-cı üçün Türkiyənin Ceyhan limanında bir barel üzrə 67,96 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlərdən bir barel üzrə 0,52 dollar yüksəkdir.

Azərbaycan həmçinin URAL S növlü neftini Bakı-Novorossiysk borusu ilə ixrac edərək Rusiyanın Qara dəniz Novorossiysk limanından satır.

Mayın 6-da Novorossiysk limanında URAL S neftinin bir bareli üzrə qiyməti 65,14 dollar təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayisədə 0,38 dollar yüksəkdir.

Çərşənbə günü Şimal dənizində hasil olunan Brent Dated etalon növlü neftin barelə görə qiyməti 66,62 dollar dollar təşkil edib. Bu, əvvəlki qiymətlə müqayisədə 0,5 dollar yüksəkdir.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]