Sorğu

Loading ... Loading ...

Təqvim

December 2020
M T W T F S S
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan neftinin qiymətləri: 15-19 iyun həftəsinin yekunları

Ötən həftə – iyunun 15-19-da Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 63,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,44 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 64,57, minimum isə 62,62 dollar/barel təşkil edib.

İyunun 15-19-da Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 60,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,20 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 61,39, minimum isə 59,61 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

İyunun 15-19-da “Brent Dated” növünün orta qiyməti 61,37 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,61 dollar/barel azdır.

Ötən həftə “Brent”in maksimum qiyməti 61,96 dollar, minimum isə 60,47 dollar/barel təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]