Sorğu

Loading ... Loading ...

Təqvim

Декабрь 2020
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Partnyorlarımız

Azərbaycan neftinin qiymətləri: 24-28 avqust həftəsinin yekunları

Ötən həftə (24-28 avqust) ərzində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti 46,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,44 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 50,554, minimum isə 44 dollar/barel təşkil edib.

24-28 avqust həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 42,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,05 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 46,95, minimum isə 40,34 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

24-28 avqust həftəsində “Brent Dated” növünün orta qiyməti 43,79 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,42 dollar/barel azdır.

Ötən həftə “Brent”in maksimum qiyməti 48,27 dollar, minimum isə 41,86 dollar/barel təşkil edib.
/trend.az/

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: [email protected]