Azərbaycan poçtunun fəaliyyəti təqdirəlayiq hesab olunub

Belarusun paytaxtı Minsk şəhərində Dünya Poçt İttifaqının (DPİ) İstanbul Dünya Poçt Strategiyasının müəyyənləşdirilməsi üzrə regional konfransı, eyni zamanda DPİ-nin poçtun inkişafı kompleks planı üzrə konfrans keçirilib.

Tədbirlərdə Şərqi Avropa və MDB ölkələrinin Poçt administrasiyalarından 60-dək nümayəndə iştirak edib. Beynəlxalq konfranslarda Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, DPİ-nin İstanbul Strategiyasının müəyyənləşdirilməsi üzrə keçirilən konfransda Doha Poçt Strategiyasından, poçt şəbəkələri arasında qarşılıqlı əlaqələrdən, poçt sektoru bazarının effektiv fəaliyyətindən və s. məsələlərdən bəhs olunub. N.Məmmədov son illər Azərbaycan poçtunda görülən işlər, bu sahədə prioritet istiqamətlər, tətbiq ediləcək yeni xidmət və məhsullar barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb. Müzakirələrin nəticəsi olaraq Azərbaycan poçtunda görülən işlər təqdirəlayiq hesab olunub.

İki günlük müzakirələrin yekunu olaraq 2017-2020-ci illər üzrə “DPİ-nin İstanbul Dünya Poçt Strategiyası”nın formalaşdırılması üzrə təkliflər irəli sürülüb.
http://azertag.az/xeber/Azerbaycan_pochtunun_fealiyyeti_teqdirelayiq_hesab_olunub-867466

Layihələr

previous arrow
next arrow
Slider

Xəbərlər arxivi

Ünvan: M.Mirqasımov 4 mənzil 42, Bakı, Azərbaycan, Tel./Faks: ( +994 12 ) 441 20 91

Email: azregion@gmail.com